XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Avqust 2017 - 15:58

Yağış yarada biləcək avadanlıq istehsal ediləcək- Rusiyada

Rusiyada tezliklə yarım saat ərzində yağış yağdıra biləcək avadanlığın istehsal ediləcəyi gözlənilir.

Azərtac Rusiya mətbuatına istinadla xəbər verir ki, "Rоstex” korporasiyası hidrometeoroloji proseslərə təsir göstərmək üçün xüsusi avadanlığın yaradıldığını elan ediblər. Texnologiyanın istehsalına 2017-ci ilin sonunda başlanılacaq. Yağış yarada biləcək bu qurğunun iş prinsipində yodlu gümüşdən istifadə olunub. Yaradılan vasitə artıq meşə yanğınlarının söndürülməsində sınaqdan keçirilib. Testlər uğurla başa çatıb.

Qurğudan kənd təsərrüfatında, eləcə də meşə yanğınları ilə mübarizədə geniş istifadə olunacaq.