XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Avqust 2017 - 19:45

Polşada əlverişsiz hava şəraiti- 4 nəfər ölüb, 36 nəfər isə xəsarət alıb

Polşada əlverişsiz hava nəticəsində 4 nəfər həlak olub, 36 nəfər isə xəsarət alıb.

Azərtac Polşa Dövlət Təhlükəsizlik Mərkəzinə istinadla xəbər verir ki, həlak olanlar arasında iki uşaq var. Onlar Suşek şəhərində ağacların altında qalıb. Güclü külək nəticəsində ağaclar qırılaraq yaşayış binalarına və obyektlərə ziyan vurub.

Polşanın mərkəzində 500 min ailənin elektrik təchizatı kəsilib. Sinoptiklər əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Proqnozlara görə, güclü külək Polşanın regionlarında bir neçə gün davam edəcək.