XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Avqust 2017 - 21:03

Türkiyədə əməliyyat:İŞİD üzvləri tutuldu

Türkiyədə İŞİD terror qruplaşmasının tapşırığı ilə qətllər törətməkdə şübhəli bilinən 3 şəxs həbs edilib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, polis əməliyyatları eyni zamanda Şanlıurfa, Qaziantep və Malatya əyalətlərində keçirilib. Əməliyyat iyulda Şanlıurfada Suriya vətəndaşının qətli ilə bağlı aparılan araşdırma çərçivəsində keçirilib.
 
Məlumata görə, saxlanılan şəxslərdə qətldə istifadə olunan silah aşkarlanıb.
 
İstintaqın versiyasına əsasən, Suriyanın Rəqqa şəhərindən Türkiyəyə gələn terrorçular İŞİD-ə qarşı mübarizədə iştirak edən şəxslərə hücumlar planlaşdırırmışlar.