Dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammiti ləğv olunub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya tərəfi sammitin ləğv olunduğunu və bu toplantının keçirilməsinin ümumiyyətlə, planlaşdırılmadığını bildirib.
Bir neçə gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tədbirin rəsmən ləğv olunmadığını açıqlamışdı. Görünən oldur ki, Türkiyənin çağırışlarına baxmayaraq, Moskva Ankara ilə münasibətləri yoluna qoymaq istəmir.