XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2015 - 12:26

Parisdə həyəcanlı anlar – İŞİD-çi məktəbə hücum etdi

13 noyabr terrorundan sonra bu gün Parisdə növbəti dəfə gərgin anlar yaşanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD üzvü Paris məktəblərinin birinə bıçaqla hücum edib.

Məktəbdəki siniflərdən birinə daxil olan terrorçu, əlindəki bıçaqla 45 yaşlı müəllimə bir neçə zərbə endirib.
«Europe 1» radiostansiyası Paris Prokurorluğuna istinadən məlumat yayıb ki, əynində papaqlı gödəkçə, əllərində əlcək olan terrorçu, hücum zamanı İŞİD-lə bağlı şüarlar səsləndirib və bu hücumun xəbərdarlıq olduğunu bildirib.

Paris Antiterror İdarəsi cinayətkarın tapılması üçün xüsusi əməliyyata başlayıb, axtarışlar davam edir.

Xatırladaq ki, islamçıların fransız dilində nəşr olunan “Dar əl-İslam” jurnalında İŞİD Fransadakı müəllimləri “Allahın düşmənləri” adlandırıb və tərəfdarlarını onları öldürməyə çağırıb.