XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

13 Avqust 2017 - 21:18

BMT komissiyasının üzvü:“Əsədin hərbi cinayətləri barədə sübutlara malikik”

BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvü Karl del Ponte Suriya prezidenti Bəşər Əsədin hərbi cinayətlərdə ittiham edilməsi üçün yetərli sübuta malik olduqlarını bəyan edib.

APA-nın məlumatına görə, Karl Del Ponte İsveçin "Le Matin Dimanche” nəşrinə müsahibəsində deyib ki, prokuror, məhkəmə olmamasına baxmayaraq, ilkin işlər görülüb.

Bununla belə, BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvü Rusiyanın BMT Təhlükəsizlik Şurasında Suriyada cinayətlər üzrə beynəlxalq tribunal yaradılmasına veto qoyduğunu xatırladıb və bu durumun onu narahat etdiyini vurğulayıb: "Suriyada ədalət təmin olunmayana qədər sülh olmayacaq. Suriyada baş verənlər faciədir. Mən heç vaxt belə sərt münaqişə görməmişəm, uşaqlar münaqişənin əsas qurbanlarıdır”.

Karl Del Ponte sentyabrın 18-də BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvlüyündən istefa verəcəyini də açıqlayıb.

Qeyd edək ki, Karl Del Ponte BMT-nin Yuqoslaviya üzrə Beynəlxalq Tribunalının prokuroru olub. O, 2012-ci ildən BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvüdür.