XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 07:23

İran xarici işlər naziri: “Bütün sanksiyalar ləğv ediləcək”

zerif.jpg

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif millət vəkillərinin Lozanna müqaviləsi ilə bağlı suallarını cavablandırıb.

“Strateq.az” İranın “Mehr” agentliyinə istinadən bildirir ki, millət vəkillərinin Lozanna müqaviləsi ilə bağlı suallarını cavablandıran İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ümumi müqavilə ilə bütün sanksiyaların ləğv ediləcəyini bildirib.

Zərif BMT Təhlükəsizlik Şurası tərəfindən fərmanın dərc olunmasına qədər İranın öhdəlikləri yerinə yetirmək məsələsində ilk addımı atmayacağını söyləyib. İclasa qatılan İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi də İranın nüvə texnologiyası sahəsində işlərinə davam edəcəyi və hər hansı dayanmanın baş verməyəcəyini bildirib.

Millət vəkilləri isə Zərif və Salehinin Lozanna bəyannaməsi üzrə açıqlamalarının ümidverici və milli maraqlar istiqamətində olduğunu açıqlayıblar.

X. Səfərli