XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 09:40

ABŞ-ın vitse prezidentindən Maduroya sərt mesaj:“Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcəyik”

ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela böhranının dinc yolla həllini mümkün sayır.

“Reuters”in verdiyi məlumata görə, M. Pens bildirib ki, Venesuela diktatura yolundadır, lakin buna baxmayaraq, problemin sülh yolu ilə həlli mümkündür. O bəyan edib ki, ABŞ Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcək və tezliklə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq oluna bilər.  

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı bütün ssenariləri, o cümlədən hərbi əməliyyat variantını nəzərdən keçirdiklərini söyləyib. (APA)