XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2017 - 10:25

Jirinovski yenə öz ampluasında:“Amerika əsgərlərini  Qara dənizdə batıracağıq” - Video

Rusiya ABŞ-ın Odessada inşa etdiyi təlim qərargahını və amerikalı əsgərlərini Qara dənizdə batıracaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Polit Naviqator” verilişində çıxışı zamanı deyib: “Heç nə tikilməyəcək. Onları batıracağıq. Bura onların qəbri olacaq”, – Jirinovski ukraynalı jurnalist Yanina Sokolovskaya ilə mübahisə edərkən bildirib.

“Biz onları orada – Qara dənizdə batıracağıq. Və Kiyev rəhbərliyini də məhv edəcəyik, bura rus torpağıdır”, – siyasətçi əsəbi şəkildə əlavə edib.

Sokolovskaya isə Jirinovskiyə cavabında deyib ki, kimisə batırmaqla bağlı bütün cəhdlər iflasa uğrayacaq:

“Burada, bütün bu ərazilərdə (Sokolovskaya əli ilə xəritədəki əraziləri göstərir – red) “Kolçuka” kompleksləri quraşdırılacaq. Bu ərazidə isə radiolokasiya sistemləri olacaq və Ukrayna əsgərləri dayanacaq. Burada hər şey Xarkovdakı cəbhə xəttindəkindən də möhkəmdir, ona görə də kimisə batırmaq istəyənlər öz qanlarında boğulacaq”.