XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 14:55

Vəfat etmiş Rəfsəncaninin yerinə təyinat oldu –İraqda doğulmuş Şahrudi Məsləhət Şurasının sədri oldu

İranın ali rəhbəri Seyid Əli Xamenei Məsləhət Şurasının sədri vəzifəsinə Mahmud Haşimi-Şahrudini təyin edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu vəzifəni 1989-cu ildən vəfat edənədək, yəni 2017-ci ilədək Ələkbər Haşimi-Rəfsəncani tutub. 

Xameneinin fərmanına əsasən, Möhsün Rzai isə şuranın katibi vəzifəsində qalıb.

Qeyd edək ki, İran Məsləhət Şurası 1988-ci il fevralın 6-da təsis edilib. Mahmud Haşimi-Şahrudi 1999-2009-cu illərdə İranın baş prokuroru vəzifəsində işləyib. O, 1948-ci ildə İraqın Nəcəf şəhərində doğulub, hazırda İraq və İran vətəndaşıdır.