Sabah ABŞ dövlət katibi Con Kerri Moskvaya səfər edəcək.
“RİA Novosti”nin yaydığı məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər. Moskva Kerri ilə işgüzar söhbətin alınacağına ümid bəsləyir.
O da qeyd olunur ki, Kerrinin Moskvaya səfəri ABŞ tərəfinin təkidi ilə təşkil edilib.