XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 15:30

Almaniyanın keçmiş kansleri “Rosneft”in idarə heyətinə seçilə bilər –FOTO


Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in idarə heyətinə seçilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb. Bildirilib ki, 1998-2005 illərdə Almaniyanın kansleri olmuş G.Şröderin “Rosneft”in idarə heyətinə daxil olması tövsiyyə edilib. Açıqlamada Rusiyanın energetika naziri Aleksandr Novakın da “Rosneft”in idarə şurasına daxil olmasının da tövsiyyə edildiyi bildirilib.

Rusiya hökumətinin 51 faiz səhmdarı olduğu “Rosneft” şirkəti istehsal həcmi və ehtiyatı baxımından ölkənin ən böyük, dünyanın isə aparıcı neft şirkətlərindəddir.