Şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov peşəkar karyerasını bərpa edir.
“Report”un “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 54 yaşlı qrossmeyster bu gün ABŞ-ın Sent-Luis şəhərində təşkil olunacaq “Sinquefield Cup”da iştirak edəcək.
Sürətli şahmat və blits turnirinin təşkilatçıları bunun üçün H.Kasparova “vayld-kart” – xüsusi dəvət göndəriblər. Çünki 12 il əvvəl peşəkar idmandan gedəndən sonra onun təsnifat mərhələsində iştirak etmək imkanı olmayıb.
İlk görüşünü rusiyalı Sergey Karyakinə qarşı keçirəcək təcrübəli qrossmeyster ümumilkdə 9 rəqiblə qarşılaşacaq.
Qeyd edək ki, 1963-cü ildə Bakıda anadan olan Harri Kasparov Ümumdünya Şahmat olimpiadalarının 8 qat qalibi, 11 şahmat "Oskar"ının sahibidir. O, 2005-ci ildə özünü siyasi fəaliyyətə həsr etmək üçün şahmatçı karyerasını başa vurub və bir sıra müxalif hərəkatların sıralarına qatılıb.