XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 18:33

Syerra-Leonedə torpaq sürüşdü –300 nəfər torpağın altında qaldı

Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində 312 nəfər həlak olub.

Trend-in məlumatına görə, həlak olanların azı 60 nəfəri uşaqlardır. Hadisə ilə əlaqədar ölü sayının arta biləcəyi istisna edilmir. Dağıntılar altında insanların qaldığı ehtimal olunur. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, artıq bir neçə gündür ki, aramsız yağışlar və kəskin hava şəraiti ölkə ərazisində tüğyan edir.