XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 18:59

Çinin rəsmi qəzeti:“Tramp Pekini  günahkar göstərməklə beynəlxalq koalisiyanı riskə atır”

Çinin rəsmi qəzetində Trampın son əmri ilə bağlı münasibət bildirilib.

ABŞ prezidenti Donald Tramp baş ticarət məsləhətçisinə Çinlə olan qanunsuz ticarət əlaqələrini araşdırmağı əmr edib. Tramp bundan əlavə bu gün əmr edib ki, Çində fəaliyyət göstərən ABŞ şirkətlərinin intellektual mülkiyyətlərini təhvil verməyə məcbul edilib-edilməməsi də araşdırılsın.

Bu qərarlar Trampın Çindən Şimali Koreya məsələsi ilə məşğul olub onun nüvə proqramını sonlandırmaq tələbi ilə eyni ərəfədə verilib.

“ABŞ-ın dövlət maraqları əvəzinə, ticarəti siyasiləşdirməsi ancaq ölkələr arası əlaqəni korlayacaqdır” – Çinin rəsmi qəzeti yazıb. Çin administrasiyasının rəsmisi Şimali Koreya məsələsinin diplomatik yolla həll olunması vacibliyini və ticarət üzərindən Çinə qarşı hərəkətin təzyiq taktikası olduğunu qeyd edib.

“Pekini Şimali Koreyanın nüvə proqramında günahkar kimi göstərməklə Tramp beynəlxalq koalisiyanı riskə atmış olur və məsələnin sülh yolu ilə həll olunmasını çətinləşdirir” – qəzet bəyan edir.

Belə gedərsə, yəni Pekin və Vaşinqton qarşı-qarşıya gələrsə, vəziyyətin daha müşkül olacağı vurğulanıb.