XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 20:17

Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb


ABŞ prezidenti Donald Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb.

Bu barədə o, “Twitter”də yazıb. “Bu səhər Vaşinqtona qayıdıram. Çoxlu iş görmək lazımdır. Ticarət də hərbi məsələlər üzərində diqqəti cəmləşdirəcəyəm”, – deyə Tramp qeyd edib. 

Xatırladaq ki, D. Tramp avqustun 4-də 17 günlük “işgüzar məzuniyyət”ə yollanıb. Onun sözçüləri bildiriblər ki, Ağ Evdə soyutma və isitmə sistemləri təmir olunduğu üçün prezident məzuniyyətə gedir və orada çalışacaq.