Liviyanın devrilmiş prezidenti Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi həbs olunub.
Bir neçə gün əvvəl girov götürülən və bir gün sonra azad edilən oğul Qəddafini bu dəfə Livan polisi saxlayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı H.Qəddafi 1978-ci ildə itkin düşən şiə imamı Muse Sadre ilə bağlı məlumatları bilib gizlətməkdə ittiham olunur.