XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 10:23

BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi istefa verdi –Səbəb

BMT Baş katibinin Kipr məsələsi üzrə xüsusi nümayəndəsi Espen Bart Eydenin istefası rəsmiləşib.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bildirib.

BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Espen Bart Eyde yaxın zamanlarda ölkəsi Norveçdə qanunverici orqana seçkilərdə iştirak etmək üçün rəsmi olaraq tutduğu vəzifədən azad olunmaq xahişi ilə baş katibə müraciət edib”, F.Haqın yazılı bəyanatında deyilir.

Qeyd edək ki, ötən ay İsveçrənin Kran-Montana şəhərində Şimali Kirp Türk Respublikası ilə yunan Kiprin nümayəndələri arasında münaqişənin nizamlanmasına dair danışıqlar nəticəsiz bitib. Bunun ardınca E. Bart Eyden Kiprin vəzifəsində qalmaq istəmədiyini bəyan edib. Espen Bart Eyden BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi vəzifəsində üç il çalışıb. Onun kiminlə əvəzlənəcəyi barədə hələ ki, məlumat verilmir. 

APA