XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 12:09

“İran nüvə proqramının dayandırılması ilə bağlı razılaşmadan çıxa bilər” –Ruhani

ABŞ sanksiyaları genişləndirirərsə, İran nüvə proqramının dayandırılması ilə bağlı imzaladığı razılaşmadan çıxa bilər.

Bu açıqlama ilə İran prezidenti Həsən Ruhani çıxış edib.

Həsən Ruhani ABŞ-ı köhnə və uğursuz praktikaya qayıtmaqda və əldə olunmuş razılaşmanı pozmaqda günahlandırıb.

Eyni zamanda İran prezidenti Donald Trampı "pis tərəfdaş" adlandırıb.

Qeyd edək ki, İran uzun müddətli danışıqlardan sonra 14 iyul 2015-ci ildə 6 ölkə ilə nüvə proqramından imtina ilə bağlı saziş imzalayıb. Nəticədə İrana qarşı BMT-nin, ABŞ-ın və Avropa Birliyinin tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyaları 16 yanvar 2016-cı ildən dayandırılıb/Teleqraf.com