ABŞ Venesuelada demokratiyanı bərpa etmək üçün bütün imkanlarına müraciət edəcək.
Bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.
ABŞ Prezidenti Donald Trampın fikirlərinə istinad edən Mayk Pens prezidentin Venesuelanın diktaturaya sürükləndiyi bir zamanda ABŞ-ın yalnız düşünməklə kifayətlənməyəcəyini dediyini bildirib.
Onun sözlərinə görə, Venesueladakı vəziyyət yalnız ABŞ üçün deyil, bütün yarımkürə üçün təhlükəlidir: "Buna görə də ABŞ tərəfindən iqtisadi və diplomatik tədbirlər görüləcək".
Qeyd edək ki, Venesuelaya diktatura gətirdiyi iddiaları ilə ölkədə prezident Nikolas Maduroya qarşı etirazlar dalğası başlayıb/Axar.az.