XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 07:49

Putin Türkiyəylə bütün bağları qoparmaqda israrlıdır

Rusiya prezidenti Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın bu gün keçirilməsi gözlənilən görüşü təxirə salınıb.

Strateq.az xəbər verir ki, bu barədə məlumatı Putinin sözçüsü Dmitri Peskov açıqlayıb. O, jurnalistlərin sualını cavablandıraraq, deyib: “Planda belə bir şey yoxdur, reallaşması da gözlənilmir”.

Putinin sözçüsü nə qədər inkar etsə də, əslində planda bu görüş var idi.

G-20-nin ötən ay Antalyada keçirilən sammitində iki lider bir aydan sonra Sankt-Peterburqda görüşmək barədə razılığa gəlmişdilər. Görüşün “Yüksəksəviyyəli Əməkdaşlıq Şurası” çərçivəsində və iqtisadi əlaqələrin daha da artırılması məqsədiylə keçiriləcəyi planlaşdırılmışdı.

 Bir müddətdən sonra Türkiyənin rus təyyarəsini vurmasıyla Moskva qardaş ölkəyə qarşı müxtəlif sanksiyalar tətbiq etməyə başladı. Ekspertlər bu iki məsələ arasında üzvi bağlılıq olduğuna və insidentin hava sahəsinin pozulmasından çox, Türkiyəylə Rusiya arasında yaranan əlaqələri sonlandırmaq üçün törədildiyinə inanırlar.

Qeyd edək ki, ağır beynəlxalq sanksiyalara məruz qalan Rusiya son çarə olaraq Türkiyəyə yönəlmiş, onun vasitəsilə Avropadan aldığı malları təmin etməyə və öz mallarını dünya bazarına çıxarmağa çalışırdı. Moskvanın faktiki olaraq, beynəlxalq sanksiyaların təsirlərini Ankara vasitəsilə azaltmağa çalışması Qərbin maraqlarına zidd idi. Təyyarə insidentindən sonra bu əlaqələr kəsildi, iki dövlət arasındakı istiləşən münasibətlər öz yerini düşmənçiliyə buraxdı.

Maraqlıdır ki, Rusiyayla soyuqlaşan münasibətlərdən sonra Avropa Birliyi öz qapılarını Türkiyəyə açmağa qərar verdi. Başqa sözlə, Ankara Rusiyaya vurduğu zərbənin mükafatını aldı.

Görünür, bugünkü görüş də məhz bu səbəbdən Rusiya tərəfindən təxirə salınıb. Türkiyə tərəfi də faktı təsdiqləyib.

Strateq.az