XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 00:01

İranda daha 3 nəfər edam edildi –Təfərrüat

İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında, eləcə də qətldə günahlandırılan daha 3 nəfər edam edilib.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, edamlar bir neçə gün əvvəl baş versə də, xəbər yeni yayılıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddə qaçaqmalçılığında təqsirli bilinən Həmzə Rəhimpur və Abbas Suqi avqustun 8-i sübh saatlarında İranın Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib.

Qəsdən adam öldürmədə günahlandırılan və 5 ildir həbsdə saxlanılan 38 yaşlı Tohid Həqmuradi avqustun 10-da Şimali Xorasan əyalətinin Şirvan şəhərinin həbsxanasında dar ağacından asılıb.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur.