XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 08:30

Kerri və Lavrovun “problem səbəti”: İŞİD-i əzmək, Kiyevlə dil tapmaq, Əsədin sual altındakı taleyi

 

kerri lavrov moskva.jpg

“ABŞ və Rusiya İŞİD-i bütün ölkələr üçün ümumi təhlükə sayır və hesab edir ki, onunla heç bir danışıq aparmaq olmaz”.

Strateq.az bildirir ki, bu sözləri bu gün Moskvaya gəlmiş ABŞ dövlət katibi Con Kerri bəyan edib.

“İŞİD-çilər bizim mədəniyyətimizə, dəyərlərimizə təcavüz edən terrorçulardır. Bizim onlarla mübarizə aparmaqdan başqa seçimimiz qalmır”, – deyə Kerri Rusiya Xarici İşlər naziri Lavrovla görüşü zamanı bəyan edib.

Lavrov isə bildirib ki, Ukrayna məsələsinin müzakirə edilməsini istəyir:

“Biz bilmək istəyirik ki, ABŞ Ukrayana böhranının həll olunmasına necə kömək etmək niyyətindədir”.

ABŞ dövlət katibi Con Kerri qeyd edib ki, Lavrovla aparacağı danışıqlarda nailiyyət əldə ediləcəyinə ümid edir. Onun sözlərinə görə, ABŞ və Rusiyanın əməkdaşlığından bütün dünya qazanacaq.

“Mən bu gün müəyyən olunan gündəliklə tam razıyam. Prezidentlər Obama və Putin aydın şəkildə bəyan ediblər ki, Suriya və Ukrayna böhranından çıxış yolunu tapmaq istəyirlər”, – deyə Kerri vurğulayıb.

Xatırladaq ki, bu ABŞ dövlət katibinin 2015-ci il ərzində Rusiyaya ikinci səfəridir.  Prezident Putin dövlət katibini qəbul edəcək.

X. Səfəroğlu