XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 12:08

Rəcəb Tayyib Ərdoğan İranasəfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda İrana səfər edəcək.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin Asiya və Okeanya ölkələri üzrə idarəsinin rəisi İbrahim Rəhimpur bildirib. 

Tehranda Türkiyə XİN başçısının müavini Ümit Yalçınla görüşdə İranlı diplomat deyib ki, iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollar səviyyəsinə çatdırmaq üçün siyasi, ticarət və iqtisadi sahələrdə bütün məsul şəxslərin əməkdaşlıq etməsi vacibdir.

Ümit Yalçın isə vurğulayıb ki, İran və Türkiyə arasındakı əlaqələrin yaxşı istiqamətdə irəliləməsi üçün qarşılıqlı görüşlərin artırılması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.