XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 13:48

Səudiyyə Ərəbistanı və BƏƏ ƏDV-nin tətbiqinə başlayacaq- Gələn ildən

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neftin aşağı qiyməti ilə əlaqədar 2018-ci ilin yanvar ayından etibarən ƏDV almağa başlayacaq.

Azərtac “reuters.com”a istinadla xəbər verir ki, İran Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının digər üzvləri isə bu prosesə 2018-ci il ərzində qoşulacaq. Şuraya üzv olan altı ərəb ölkəsi maliyyə balanslarının neftin aşağı qiyməti ilə təzyiq altında qalmasının ardından vergi siyasətində uzun müddətdən sonra ən böyük dəyişikliklərdən biri üzərində ortaq məxrəcə gələrək gələn il 5 faiz nisbətində ƏDV tətbiq etmək qərarına gəliblər. Lakin bu qərar, altı ərəb ölkəsinin ətraflı qanunvericilik hazırlamasını və vergi ödəyəcək şirkətləri qeydiyyata alaraq izləyəcək yeni bir sistem yaratmalarını tələb edir. Bu isə həmin ölkələr üçün inzibati və texniki cəhətdən çətinliklər yaradacaq.

BƏƏ-nin Federal Vergi Qurumunun baş direktoru Xalid Əli əl-Bustani deyib: “BƏƏ və Səudiyyə Ərəbistanı gələn ilin yanvarından ƏDV tətbiq edəcək və digər ölkələr isə 2018-ci ilin sonuna qədər bu prosesə qoşulacaq. BƏƏ ƏDV tətbiq olunacaq şirkətləri sentyabrın ortasında müəyyənləşdirəcək. ƏDV üzrə qanunlar ilin üçüncü rübündə, tətbiqi üzrə qaydaların isə dördüncü rübdə müəyyən edilməsi gözlənilir. İllik gəliri ən azı 100 min dollar olan şirkətlər ƏDV ödəyəcək”.

O, BƏƏ-də 300-350 min şirkətindən ƏDV alınmasının nəzərdə tutulduğunu və verginin tətbiqinin ümumi istehlakçı qiymətlərinin təxminən 1,4 faiz artırmasını gözlədiyini deyib.