XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 14:21

Səudiyyə Ərəbistanında güclü yanğın- 4 bina zərər görüb

Avqustun 15-dən 16-na keçən gecə Səudiyyə Ərəbistanının Ciddə şəhərinin tarixi hissəsində güclü yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 bina zərər görüb. Yaxınlıqdakı binaların sakinləri təxliyə olunub.

Şəhərin əl-Bələd rayonunda qeydə alınmış yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi hələ məlum deyil.

Qeyd edək ki, Ciddənin tarixi hissəsi 2014-cü ildə YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilib.