XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 15:07

Rusiya Baş Qərargah rəisi Türkiyəyəsəfər edəcək

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyəyə səfər edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

V.Gerasimov türkiyəli rəsmilərlə Suriya böhranını müzakirə edəcək.

M.Çavuşoğlu səfərin dəqiq tarixini açıqlamayıb.

Nazir əlavə edib ki, Türkiyə və Rusiya Suriya böhranının nizamlanması məsələsində fəal əməkdaşlıq edirlər.

O bildirib ki, ABŞ-dan fərqli olaraq, Rusiya YPG ("Kürd xalq özünümüdafiə dəstəsi") və PYD-ni ("Demokratik İttifaq") silahlandırmır.