XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 12:48

“Ukraynanı soymağa imkan verməyəcəm” – Saakaşvilidən nazirlərə xəbərdarlıq

Odessa qubernatoru Mixail Saakaşvili Daxili İşlər naziri Arsen Avakovun və Baş nazir Arseni Yatsenyukun təhdidlərinə baxmayaraq, Ukraynadan getmək fikrində olmadığını bildirib.

​Saakaşvili onlara Ukraynanı qarət etməyə imkan verməyəcəyini bildirib.

Bu yaxınlarda Avakov İslahatlar Şurasının iclasında təhqirə məruz qaldığı üçün stəkandakı suyu Saakaşvilinin üzünə çırpmışdı.

Saakaşvili deyib ki, iclasda o, Ukrayna dövlət idarələrinin necə qarət olunmasından, hər şeyi dəyişdirməyin lazım olmasından danışıb. Bundan sonra Avakov onu korrupsiya və oğurluqda ittiham edərək, Ukraynanı tərk etməsini istəyib.  

Baş nazir Arseni Yatsenyuk isə Odessa qubernatorunu “qastrolyor” adlandıraraq, ölkədən rədd olmağa çağırıb.  

“Heç yerə getməyə hazırlaşmıram. Sizlərə də Ukraynanı soymağı davam etdirməyə imkan verməyəcəm” – deyə, Saakaşvili bildirib.

Avropa.info