“İŞİD liderləri bizdən qaça bilməz” – Obamadan sərt xəbərdarlıq

Amerika prezidenti Barak Obama İŞİD-i hədələyib.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Barak Obama İŞİD-i daha əvvəl heç olmadığı qədər bombardman etməyə başladıqlarını bildirib.
“Pentaqon”da çıxış edən Amerika prezidenti noyabr ayında terror qruplaşmasına qarşı ən çox hava əməliyyatları həyata keçirdiklərini açıqlayıb.
Obama sadəcə son bir neçə həftə ərzində təşkil olunan hava əməliyyatlarında İŞİD rəhbərlərinin öldürüldüyünü və qruplaşmanın neft hasilatına böyük zərbə endirdiklərini vurğulayıb. ölkə başçısı onu da qeyd edib ki, İŞİD yaydan bəri nə Suriyada, nə də İraqda qazanc əldə edə bilməyib. Obama “Buradan onu demək istəyirəm ki, İŞİD liderləri bizdən qaça bilməz. Sırada siz varsınız” – deyə, sözlərinə əlavə edib.