İranın Ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın Şarlotesvil şəhərində baş vermiş irqçi hadisələrə şəxsi Tvitter hesabında reaksiya verib.
Axar.az xəbər verir ki, “#Charlottesville” həştəqindən istifadə edən Xamenei qaradərili uşaqla çəkilmiş fotosunu da paylaşıb.
“Ölkələrin münasibətlərinə müdaxilə etməkdənsə, öz ölkənizi idarə edin, ağdərili irqçi ilə mübarizə aparın”, – Xamenei yazıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-da baş verən irqçi etirazlar nəticəsində bir nəfər həlak olub.