XƏBƏR LENTİ

06 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 15:09

ABŞ ordusunun rəhbərliyi iğtişaşla bağlı bəyanat verdi:“Bu rüsvayçılıqdır...”

ABŞ Silahlı Qüvvələrinin dörd qolunun rəhbərləri irqçiliyi və ekstremizmi rədd etdiklərini bəyan ediblər.

Onların bəyanatı Virciniya ştatının Şarlottsvill şəhərində ötən həftəsonu irqi zəmində baş verən iğtişaşlardan sonraya təsadüf edir. Liderlərin Tvitterdə və başqa platformada yaydıqları bəyanatlarda Prezident Donald Trampın insidentə münasibəti haqda heç nə deyilmir.

ABŞ-da hərbi qüvvələrə siyasətdən uzaq dururlar. Onlar öz rollarını ordunun təməl dəyərləri olan irqi bərabərliyi və tolerantlığın müdafiəçiləri kimi görürlər. İrqçilərə qarşı nümayiş zaamanı üzrəinə maşın sürülməsi nəticəsində həlak olmuş Hezer Heyer 2015-ci ildə orduya yazılmış, lakin dörd ay sonra təlim standartlarına cavab vermədiyinə görə tərxis olunmuşdu.

Donanma komandanı Admiral Con Riçardson Şarlottsvill olaylarına reaksiya verən ilk hərbi rəhbər olub. O, Tvitterdə baş verənlərin "qəbuledilməz və dözülməz" olduğunu bəyan edib. Daha geniş bəyanatında Riçardson baş verənləri “rüsvayçı” adlandırıb:  “Bizim dualarımız və düşüncələrimiz icmamıza sülh gətirməyə çalışan bütün insanlarla, o cümlədən bu yolda yaralanan və ölənlərlədir,” o bildirib.

Başqa hərbi liderlər Riçardsonun ardınca bəyanat vermiş, lakin açıq olaraq Şarlottsvill şəhərini qeyd etməmişlər.

Müdafiə Naziri Cim Mattis ondan reaksiyası soruşularkən deyib: “Bu məni kədərləndirdi, gördüklərim məni çox kədərləndirdi.” (Amerikanın Səsi)