XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 17:40

BMT-nin baş katibi Venesuelaya müraciət etdi:“Hökumət və müxalifəti danışıqları bərpa etməyə çağırıram”

BMT-nin baş katibi Antonio Quterres Venesuelada gərginliyin artdığı bir vaxtda hökuməti və müxalifəti danışıqları bərpa etməyə çağırıb.

BMT-nin Nyu-York şəhərindəki baş qərargahında Quterres deyib ki, o tərəflər arasında danışıqlar aparan vasitəçilər ilə əlaqə saxlayır.

“Venesuelaya hökumət və müxalifət arasında dialoq və kompramisə əsaslanan siyasi həll yolu lazımdır. Mən siyasi danışıqların aparılması üçün Venesuela hökuməti və müxalifətinə kömək edən beynəlxalq vasitəçilərin və regional liderlərin səylərini dəyərləndirirəm. Mən bu səyləri dəstəkləyirəm. Mən onların hər biri ilə yaxın əlaqədəyəm və hökumət və müxalifəti danışıqları bərpa etməyə çağırıram. Ona görə ki, mən məsələnin yalnız bu danışıqlar yolu ilə, siyasi yolla həll olunacağına inanıram” – deyə Antonio Quterres bildirib.

Aprel ayından bəri ölkədə baş verən siyasi zorakılıqlar nəticəsində təxminən 120 nəfər həlak olub. (Amerikanın Səsi)