XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 17:50

Koreyada Kim Çen In ailəsinə Allah kimi sitayiş etmək tələb olunur –“Dəmir qəfəs”də gizlicə nəyə etiqad edirlər?

Şimali Koreyada hər hansı dinə sitayiş qəti qadağan olsa da, ABŞ-ın apardığı bir araşdırma ölkə əhalisinin getdikcə daha çox dindarlaşmasını aşkar edib.

Bu barədə "The Telegraph" qəzeti yazıb. Hesabatda deyilir ki, Şimali Koreya rejimi dindarları həbs, işgəncələr və hətta edamla cəzalandırır.

ABŞ Dövlət Departamentinin bugünlərdə açıqlanmış din azadlığı hesabatında deyilir ki, Şimali Koreya öz əhalisini din azadlığından tamamilə məhrum edib. Bu da bildirilir ki, ölkədə 80 və 120 min arasında təxmin edilən siyasi məhbus arasında dini səbəblərlə məhkum edilənlər də var. Bu iddiaları bu yaxınlarda Şimali Koreyadan qaçaq düşərək cənuba gəlmiş bir nəfər də təsdiq edib. O hazırda Seuldakı Şimali Koreyada Soyqırıma qarşı Ümumdünya Koalisiyası təşkilatının üzvüdür. Həmin şəxs "The Telegraph" qəzetinə bildirib ki, Şimali Koreyada dini səbəblərlə həbsxanalara atılanların sayı çoxdur.

Qaçaq kimliyinin açıqlanmasını istəməyib, lakin bildirib ki, Şimali Koreyada gizli kilsələr fəaliyyət göstərir: "Keçmişdə adamlardan Kim ailəsinin üzvlərinə Allah kimi sitayiş etmək tələb olunurdu. Amma indi orada adamlar Kim Çen Ina hörmət etmirlər"- deyə qaçaq bildirib.

Həmin şəxs bunu da qeyd edib ki, Şimali Koreyada ənənəvi şamanizm fəaliyyətdədir, eyni zamanda kilsənin də təsiri artır: "Adamlar tutulacaqlarını, həbs və hətta edam ediləcəklərini bilsələr də, müxtəlif dinlərə sitayiş etməkdə davam edirlər".