XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 10:29

Beynəlxalq Məhkəmədən cəza –“Əl Qaidə”nin məhv etdiyi tarixi məzarlıqla bağlı qərar verdi

Beynəlxalq Cinayət Məhkəməsi Qərbi Afrika ölkəsi olan Malinin Timbuktu şəhərində tarixi məzarların məhv edilməsi ilə bağlı qərar qəbul edib.

Euronews telekanalı xəbər verir ki, tarixi məzarlar 2012-ci ildə UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib.

Tarixi məzarların Əl-Qaidə terror təşkilatı ilə əlaqəli İslam Ansar əl-Din qruplaşması tərəfindən məhv edilməsi iddiası ilə məhkəmə 2,7 milyon avro məbləğində cərimə tətbiq edib.

Qeyd edək ki, bu, tarixi məkanların məhv edilməsi ilə bağlı ilk hadisə deyil. 2015-ci ildə İŞİD terror təşkilatı Suriyadakı qədim Palmira şəhərində iki min illik tarixi əsəri məhv etmişdi.