Səudiyyə Ərəbistanı tərəfindən anti-terror koalisiyasının yaradılması, ABŞ-ın müsəlman dünyasına olan təsirinin azalması və onlar tərəfindən Vaşinqtona bəslənən etibarın sarsılmasından xəbər verir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Konqresi Senatının Silahlı Qüvvələrin işləri üzrə Komitəsinin sədri, respublikaçı Con Makkeynin çərşənbə axşamı yayılan bəyanatında bildirilir.
“ABŞ Administrasiyası nümayəndələrinin 34 müsəlman ölkəsindən ibarət anti-terror koalisiyasının formalaşdırılmasından xəbərsiz olması faktı Birləşmiş Ştatların azalmaqda olan nüfuzu və bizim ən yaxın ərəb tərəfdaşlarımızın etibarının sarsıldığını göstərir”, – deyə məlumatda bildirilir.
Makkeyn, həmçinin Ər-Riyada ittifaq yaratdığına görə minnətdarlıq edib və Vaşinqtonu onunla əməkdaşlıq etməyə çağırıb.