XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 16:16

İran parlamentinin sabiq sədri Mehdi Kərrubi aclıq aksiyasını dayandırıb –FOTO


2011-ci ildən ev dustaqlığında saxlanılan iranlı müxalifət lideri Mehdi Kərrubi hakimiyyətin onun iki tələbindən birini qəbul etməsindən sonra aclıq aksiyasına son qoyub.

79 yaşlı siyasətçi açıq məhkəmə prosesinin başlamasını və evindən kəşfiyyat nazirliyinin əməkdaşlarının çıxarılmasını tələb edərək çərşənbə günü aclıq aksiyasına başlamışdı.

Cümə axşamı günü yüksək qan təzyiqinə görə o, xəstəxanaya yerləşdirilib. Daha sonra Mehdi Kərrubinin oğlu bildirib ki, evlərindən kəşfiyyat nazirliyinin əməkdaşlarının çıxarıldığına görə atası aclıq aksiyasına son qoyub. Mehdi Kərrubi və onun kimi digər islahatçı müxalifət lideri, 75 yaşlı Mir Hüseyn Musəvi İranın qalmaqallı 2009-cu il prezident seçkilərində iştirak ediblər. Bu seçkinin qalibi sabiq prezident Mahmud Əhmədinejad olub.

Milyonlarla müxalifət tərəfdarları seçki saxtakarlığının baş verdiyinin iddia edərək küçələrə çıxıb seçkinin təkrar keçirilməsini tələb etmişdilər. Lakin Ayətulla Əli Xameneyi nəticəni dəstəkləyərək etiraz aksiyalarının dağıdılmasına əmr verib. Nəticədə onlarla müxalifət tərəfdarı həlak olub və minlərlə insan həbs edilib.

Altı il əvvəl "ərəb baharı"ndan ilhamlanan yeni etiraz aksiyalarından sonra, Mehdi Kərrubi, Mir Hüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığına məhkum ediliblər. Onlara qarşı heç bir ittiham irəli sürülməyib. (BBC)