Finlandiya polisi Turku şəhərindəki hücumu terror aktı kimi qiymətləndirmir.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Finlandiya daxili işlər nazirliyinin məlumatında bildirilir: “Hazırda polis baş vermiş insidenti terror aktı kimi qiymətləndirmir. Buna baxmayaraq, polis və Sərhəd xidməti bütün ölkə ərazisində təhlükəsizlik tədbirlərini gücləndirib”, – məlumatda qeyd olunub.
Bu axşam Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla bir qrup insana hücum edib. İnsident nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Polis tərəfindən yaxalanan cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.