XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

19 Avqust 2017 - 00:57

İspaniyada terror aktları ilə bağlı axtarışda olanların hamısı öldürülüb

İspaniyada terror aktları ilə bağlı axtarışda olan 4 nəfər öldürülüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, öldürülənlərin Yunes Abuyaqub, Musa Oukabir, Said Aallaa və Məhəmməd Hiçami olduqları bildirilir. Məlumata əsasən, bundan əlavə terror aktları ilə bağlı 3 Mərakeşli və 1 Meliliyalı saxlanılıb.

Qeyd edək ki, çərşənbə günü axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsedə daha bir terrorçu furqonu insanların üzərinə sürüb.

Terror aktları nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb.