XƏBƏR LENTİ

06 Mart 2021

Digər Xəbərlər

19 Avqust 2017 - 16:10

Trampın “Twitter” hesabınındəyəri açıqlanıb

ABŞ prezidenti Donald Trampın “Twitter” hesabı şirkətin bazar dəyərini 2 milyard dollar artırır.

Azərtac “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə “Monness Crespi Hardt & Co.” şirkətinin analitiki Cems Kakmak bildirib.

C.Kakmakın sözlərinə görə, əgər Tramp bəyanatlarını "Twitter" hesabında yaymağı dayandırarsa, şirkətin itkiləri saytın ümumi dəyərinin 20 faizi qədər təşkil edə bilər.

Qeyd edək ki, Donald Trampın "Twitter" hesabının 36,2 milyon oxucusu var. Tramp 2009-cu il "Twitter"də qeydiyyatdan keçdiyi vaxtdan 35,6 minə yaxın məlumat dərc edib.