XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 09:27

İranın keçmiş prezidenti Xameneyiyə müraciət etdi:“Müxalifət liderlərinin ev dustaqlığına son qoyun!”

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Ali dini rəhbər Ayətullah Əli Xameneyini müxalifət liderlərinin ev dustaqlığına son qoymağa çağırıb. Bu haqda Xatəminin veb səhifəsində məlumat verilib.

2009-cu ildə İranda prezident seçkilərinin nəticələri ilə bağlı suallar qaldırmaları ilə geniş etiraz nümayişlərinə yol açan islahatçılar Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustaqlığında saxlanması İranda siyasətçilər arasında ən böyük mübahisələrə səbəb olan məsələlərdən biridir.

Xatəminin çağırışı İranın ən yüksək səviyyəli siyasi firuqlarından biri tərəfindən ali dini rəhbərə edilmiş ilk belə müraciətdir.

“Bu məsələləri və müraciətləri nəzərə alaraq, sizin adınızdan Ali dini rəhbərə müraciət edərək, ev dustaqlığı məsələsini həll etmək üçün qərar verməsini istəyirəm”, -deyə Xatəminin İran-İraq müharibəsi zamanı keçmiş hərbi əsirlərlə görüşdən sonra bildirdiyi haqda məlumat verilir. Keçmiş prezident əlavə edib ki, bu, rejim üçün faydalı olacaq və eyni zamanda, onun təhlükəsizlik və qücə malik olmasına işarə kimi dəyərləndiriləcək.

Musəvi və Kərrubi səsvermənin sərt-xətt tərəfdarı prezident Mahmud Əhmədinejadı hakimiyyətə gətirmək üçün saxtalaşdırıldığına inanaraq etiraz nümayişlərinə çıxan iranlıların liderlərinə çevrilmişdilər.

Beynəlxalq insan haqları qruplarına əsasən, onlarla nümayişçi aksiyaların dağıdılması zamanı həyatını itirmiş, yüzlərlə insan həbs edilmişdi. Musəvi və Kərrubi ilə yanaşı, Musəvinin həyat yoldaşı Zəhra Rahnavərd də 2011-ci ildə Yaxın Şərqdə demokratiya naminə başlamış hərəkatlarla həmrəylik göstərmək üçün nümayişlərə çağırdıqları üçün ev dustağıdır.

Prezident Həsən Ruhaninin may ayında ikinci dönəm seçki kampaniyası zamanı verdiyi vədlərdən biri onların ev dustaqlığına son qoyulması üçün işi davam etdirməklə bağlı olub. Son həftələr ailə üzvləri və müxalifət saytlarına əsasən, həm Musəvi, həm də Kərrubinin sağlıq durumunda problemlərin olduğu haqda məlumatlar verilib. Onların durumunun pisləşməsi ilə Ruhani müxalifətçilərin ev dustaqlığına son qoyulması ilə bağlı daha artıq təzyiqlərlə qarşılaşır. (Amerikanın Səsi)