XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 09:38

Kansler Merkel:"Ərdoğanın belə bir şey etməsi qəbul edilə bilməz"

Kansler Angela Merkel Türkiyənin Beynəlxalq Polis Təşkilatından (İnterpol) istifadə edərək Almaniya vətəndaşı olan yazar Doğan Akhanlının İspaniyada saxlanılmasını tənqid edib.

"Bu edilən düzgün deyil və İspaniya Akhanlını sərbəst buraxdığı üçün çox xoşbəxtəm" -deyən Merkel sözlərinə belə davam edib: "İnterpol kimi beynəlxalq təşkilatlar bu cür məqsədlər üçün sui-istifadə edilməməlidir."

"Doğan Akhanlı, təəssüf ki, çoxsaylı haldan yalnız biridir. Məhz buna görə qısa müddət əvvəl Ankara siyasətimizi böyük həcmdə dəyişdirdik. Ərdoğanın belə bir şey etməsi qəbul edilə bilməz."

Türkiyənin İnterpol üzərindən qırmızı bülleten çıxarmasından sonra Doğan Akhanlı İspaniyanın Qranada şəhərində qaldığı oteldə saxlanılıb və Almaniya XİN-in müdaxiləsindən sonra 20 avqustda şərti azadlığa buraxılıb. (BBC)