XƏBƏR LENTİ

05 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 10:14

Ağ Evi  tərk edən eks-strateq dostu Trampa müharibə elan edib:“Onun prezidentliyi artıq başa çatıb”

Ağ Evdəki vəzifəsini itirən baş strateq Stiv Bennon elan edib ki, "onun uğrunda mübarizə apardığı Tramp prezidentliyi başa çatıb". Bu barədə "The Telegraph" qəzeti yazıb. Bennon deyib ki, mübarizəsini bundan sonra da davam etdirəcək.

Bennon Ağ Evi tərk edəndən bir neçə saat sonra köhnə işinə – ifrat sağçı “Breitbart” xəbər portalının direktoru vəzifəsinə qayıdıb. O vəd edib ki, belə "sakitcə çıxıb getməyəcək". Keçmiş strateq deyib ki, Trampın dəstəkçisi olaraq qalır və hələ bu prezidentlikdən hələ nəsə etmək olar:  "Amma o prezidentlik artıq başa çatıb. İndi başqa bir şey olacaq. Burada hər cür döyüşlər olacaq. Yaxşı günlər olacaq, pis günlər olacaq, amma o prezidentlik artıq qurtarıb".

Keçmiş Ağ Ev rəsmisi və vəd edib ki, "barbar Bennon müxalifəti darmadağın edəcək".

Bundan əvvəl Ağ Ev Bennonun vəzifəsindən öz xoşu ilə və qarşılıqlı razılıq əsasında çıxdığını bildirmişdi. Amma Bennon bəyan edib ki, o bundan sonra da Tramp uğrunda Konqresə, mediaya və korporativ Amerikaya qarşı mübarizə aparacaq. “Breitbart” portalının sərbəst redaktoru Joel Pollak tvitində Bennonun işdən çıxmasını bir sözlə ifadə edib: "Müharibə".

Amma belə görünür ki, bu müharibə həm də Trampın müşaviri və kürəkəni Cerad Kuşnerə, prezidentin qızı İvankaya, milli təhlükəsizlik şurasının rəhbəri H.R. Makmasterə qarşı olacaq. Deyilənlərə görə, Bennon onları üstüörtülü "nyu-yorklular" və ya "qlobalistlər" adlandırır. Şərhçilər bildirirlər ki, Bennonun işdən azad edilməsinə elə onun Ağ Evdə başqaları ilə yola getməməsi, özündən razılığı səbəb olub. Medianın yazdığına görə iş o yerə çatmışdı ki, Bennon artıq mətbuata müsahibələrində Ağ Ev siyasətinə əslində özünün rəhbərlik etdiyinə işarələr edirdi.

"The Telegraph" yazır ki, Trampın siyasətindəki ifrat-sağçı və populist meyllər həqiqətən də Bennondan qaynaqlanırdı və məhz bu siyasətlərə görə Tramp son günlər millət vəkillərinin ağır ittihamları ilə qarşılaşmışdı.

Bu da qeyd olunurdu ki, Bennonun davranışı artıq Trampa birbaşa xətər yetirməyə başlamışdı. “American Red Cross”, “Salvation Army” və “American Cancer Society” kimi nüfuzlu təşkilatlar Trampın  Mar-a-Lago kurortunda pultoplama mərasiminə qatılmaqdan imtina ediblər.