Türkiyənin Antalya vilayətində turistləri aparan avtobus aşıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 20 turist xəsarət alıb. Qəzanın səhər saatlarında baş verdiyi bildirilir. Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Turistlərin vətəndaşlığı barədə məlumat verilmir.