XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 15:59

Rostovda irimiqyaslı yanğın başlanıb –Əhali təxliyə olunur


Rusiyanın Rostov şəhərində böyük yanğın baş verib.

"RİA Novosti"nin  verdiyi məlumata görə, yanğın 10-dan çox evi əhatə edib. Güclü külək alovu sürətlə başqa evlərə də keçirir. Artıq hadisə yerində bir neçə partlayış səsləri də eşidilib.  Hadisə yerinə yanğınsöndürmə xidməti və polis əməkdaşları cəlb olunub. Əhali təxliyə edilir. Alov artıq 5 min kvadrat metr əraziyə yayılıb.

Yanğının söndürülməsinə "Mi-8" helikopteri də cəlb olunub.