XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 23:25

Təlafəri 40 min dinc sakin tərk edib –Şəhərdə qida və su ehtiyatları tükənmək üzrədir

Təlafər şəhərinin İŞİD terrorçularından azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 40 minə yaxınlaşır.

Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

“40 minədək insan Təlafəri artıq tərk edib. Çox güman ki, yaxın günlərdə şəhəri tərk etmək məcburiyyətində qalanların sayı artacaq”, – deyə, S.Düjarrik qeyd edib.

BMT-nib İraq üzrə humanitar əlaqələndiricisi Liz Qrande bildirib ki, şəhərdə qida və su ehtiyatları tükənmək üzrədir.

Qeyd edək ki, İraqın Təlafər şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı avqustun 20-də başlayıb. 

APA