XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2015 - 14:55

Türkiyə Qətərdə hərbi bazasını yerləşdirir

Türkiyə ikitərəfli əməkdaşlıq çərçivəsində Qətərdə hərbi baza inşa edəcək. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» agentliyi Türkiyənin Qətərdəki səfiri Əhməd Dəmiroka istinadən məlumat yayıb. 

Səfir bildirib ki, Türkiyə və Qətər regionda eyni situasiya ilə üz-üzədir: «Bəzi dövlətlərin regiondakı qeyri-müəyyən siyasətindən narahatıq. Türkiyə ilə Qətər eyni düşmənə qarşı mübarizə aparır. Yaxın Şərq regionu üçün əməkdaşlığımız zəruridir».

Dəmirok tikinti işlərinin nə vaxt başlayacağı barədə məlumat verməsə də bildirib ki, baza çoxfunksiyalı olacaq və orada 3 min türk həbiçisi yerləşdiriləcək.

Səfir Qətərin də öz silahlı qüvvələrini Türkiyəyə yerləşdirə biləcəyini deyib.

Hələlik məsələ ilə bağlı Qətərdən açıqlama gəlməyib.