XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 18:14

ABŞ Türkiyədəki təyyarələrini dəyişdirir – Səbəb

 

 

 

ABŞ Türkiyənin Adana vilayəti İncirlik hava limanındakı 12 ədəd F-15 döyüş təyyarələrini geri çəkəcək.

Strateq.az-ın bildirdiyinə görə, bu məlumatı Pentaqon yayıb.

Pentaqon yetkililəri F-15-lərin yerinə yeni təyyarələr göndərəcəklərini də etiraf ediblər. Göndəriləcək yeni təyyarələrin növləri açıqlanmasa da, bir müddət əvvəl Türkiyənin ABŞ-dan F-15C tipli təyyarələr istədiyi məlumdur.

Qeyd edək ki, F-15C-lər havadan-havaya raketatıcı təyyarələrdir.

Türkiyə rus qırıcısını vurduqdan sonra bənzər hadisənin yenə təkrarlanacağı və ya hücuma məruz qalacağı təqdirdə hava qalxanı yaratmaq istəyir. ABŞ-ın hazırda İncirlik hava limanındakı təyyarələri isə F-15E tiplidir. E tipli təyyarələr havadan yerə raket ata bilirlər. Bu isə hava hücumlarından müdafiə üçün əlverişli deyil.

Görünür, bu ehtiyacı nəzərə alan ABŞ öz müttəfiqinə F-15C tipli qırıcılar göndərmək niyyətindədir. Məlumat üçün onu bildirək ki, F-15-lər F-16-larla müqayisədə daha çox raket götürmək və Rusiyanın hazırda Suriyaya yerləşdirdiyi Su-30-larla bənzər manevr özəlliklərinə malikdir.

Strateq.az