“İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların gələn ay ləğv olunacağına ümid edirəm”.
Strateq.az xəbər verir ki, ölkəsinin gələcəyinə böyük ümidlə baxan bu adam İran prezidenti Həsən Ruhanidir. O, dövlət televiziyasındakı çıxışında sözügedən ümidlərini dilə gətirib.
Həsən Ruhaninin bu qədər ümidləndirən hadisə isə Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) İranın nüvə proqramının hərbi istintaqını təxirə salmasıdır. Hadisəni sanksiyaların ləğvi istiqamətində atılmış ən ciddi addım olaraq dəyərləndirən prezident xalqa bir neçə həftədən sonra tarixi bir hadisənin bayram edə biləcəkləri müjdəsini verib: “İnşallah, yanvar ayında sanksiyalar ortadan qaldırılacaq və dünya ilə daha sıx qarşılıqlı insiyyət yolu açılacaq”.
Strateq.az