XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 20:19

“Suriya və Şimali Koreyada rejimləri devirməyə çalışırlar, ona görə bəhanələr yaradılır” –Rusiyalı siyasi ekspert

"Şimali Koreyadan Suriyaya kimyəvi silahların göndərilməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır".

Bu sözləri rusiyalı siyasi ekspert Yuri Zinin Sputnik-ə açıqlamasında deyib.

“Kimyəvi silahlarla bağlı əməkdaşlıq etmək, öz ayağına atəş açmağa bərabərdir. Suriyalılar uğur əldə etdikdə həmişə uydurma iddialar ortaya atılır. Sanki Suriya özünü qaralamaq üçün nələrsə edir. Axmaqlıqdır. Bu iki ölkədəki rejimləri devirməyə çalışırlar. Bu səbəbdən belə bəhanələr yaradılır”, – Zinin əlavə edib.

Qeyd edək ki, BMT-nin son 6 ayda Şimali Koreyadan gələn kimyəvi silahları ələ keçirməsi ilə bağlı məlumatlar yayılmışdı.