XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 20:38

Suriyada 96 İŞİD üzvü əfv edilib –Raqqa Vətəndaş Şurası qərar verib

Çəənbə günü ABŞ-ən dəstəklədiyi Raqqa Vətəndaş Şurası İŞİD əsgəri olduğu iddia edilən 96 nəfəri əfv edib. Onlar bunun aşağı səviyyəli İŞİD üzvlərinin terror qrupuna sədaqətlərindən imtina etməyə təşviq etmək məqsədi ilə edildiyini bildirir.

İŞİD elan etdiyi paytaxtından çıxarılandan sonra Raqqaya nəzarət edəcəyi güman olunan şura azadlığa buraxılanlar arasında cinayət törətməyən və hərbi fəaliyyətlə məşğul olmayan yerli İŞİD üzvlərinin olduğunu bildirib.

“Biz icmamız arasında qüvəni təşviq etmək və qruplar arasında dözümlülüyü bərpa etmək üçün bu qərarı verdik,” deyə şuranın başçısı İbrahim Əl-İssa "Amerikanın Səsi"nə bildirib. Əl-İssa deyib ki, əfv olunanların hamısı müxtəlif yaş kateqoriyalarından kişilərdir.

Raqqa Vətəndaş Şurasının strukturu

Raqqa Vətəndaş Şurası Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən aprelin 18-də, İŞİD-in istinadgahı olan Raqqaya qarşı hücumu başlatmadan bir neçə həftə öncə təsis edilib. Şura təxminən 120 üzvdən ibarətdir. Onların əksəriyyəti Raqqanın ərəb tayfalarındandır, amma aralarında kürdlər və xrİstianlar da var. BŞ-ın başçılıq etdiyi İŞİD-ə qarşı koalisiya müvəqqəti şuranı didərgin düşmüş sakinlərə yardım etdiyinə görə alqışlayıb və ABŞ-ın dəstəklədiyi qüvvələrin Raqqada əldə etdiyi irəliləyişləri qoruyuB-saxlamaq üçün şuraya dəstək olmağa hazır olduğunu bildirib.

Şuranın amnistiya qərarı Suriya Demokratik Qüvvələrin ABŞ-ın başçılıq etdiyi koalisiya hücumlarının yardımı ilə İŞİD döyüşçülərinə qarşı böyük irəliləyişlər əldə etməsindən sonraya təsadüf edir. Şura üzvləri “Amerikanın Səsi”nə bildirib ki, əfv olunan İŞİD-çilər hücumun erkən mərhələrində Suriya Demokratik Qüvvələrinə təslim olublar.

Raqqada yeni başlanğıc

Ailələrinə qovuşmağa icazə verilmədən öncə, kişilər şura binasının önündə toplaşıb. Şura üzvləri isə oradakı kütləyə İŞİD-dən sonra Raqqada yeni başlanğıc üçün yaranan şans barədə danışıb. Əfv olunanlar İŞİD-ə sədaqətlərini bildirməyə məcbur edildiklərini söyləyərək, qrupu pisləyib və ələ keçiriləndən sonra şəhərin bərpasına yardım edəcəklərinə söz verib.

“Bu gənc kişilər qrupun qəddar nəzarəti və ya aclıq səbəbilə İŞİD-ə qoşulublar. Mən şəriə oxumaq üçün İŞİD-ə qoşulmağa məcbur edilmişdim.”- deyə əfv olunan Rəşid Əhməd bildirib. Bu ilk dəfə deyil ki, Raqqa Vətəndaş Şurası cihadçı qrupun üzvlərinə amnistiya verir. İyun ayında şura buna bənzər olaraq, 83 nəfəri əfv edib. Əfv olunanlardan ən gənci 14 yaşında idi.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun Suriya üzrə eksperti İbrahim Əl-Əssil deyir ki, İŞİD üzvlərini əfv etməklə şura SDQ Raqqanın daha izdihamlı yerlərinə daxil olduğu bir vaxt yerli sakinlərin rəğbətini qazanmağa çalışır: “İŞİD-ə qarşı mübarizədə qalib gəlmək üçün, Suriya Demokratik Qüvvələri vətəndaşların etibarını qazanmalıdır”, – deyə Əl-Əssil “Amerikanın Səsi”nə bildirib.

İŞİD sakinləri ABŞ-ın dəstəklədiyi qüvvələrin vətəndaşlardan qisas alacaqlarını deyərək, Raqqa sakinlərinin dəstəyini qoruyub saxlamağa çalışırdı.